"Belarus Dəmir Yolu" (BDY) Dövlət Birliyi Minsk-Bakı istiqamətində konteyner qatarı təşkil etməyi planlaşdırır. Bu barədə BDY-nin məlumatında deyilir.
BDY ötən gün ölkənin ixrac potensialı mövzusunda dəyirmi masa təşkil edib. Dəyirmi masada BDY rəhbərliyi, Rusiya və Azərbaycan Dəmir Yolları administrasiyalarının, İranın Belarusdakı səfirliyinin nümayəndələri iştirak ediblər.
«BDY rəhbərinin birinci müavini İqor Şilov çıxışı zamanı bildirib ki, Minsk-Bakı konteyner qatarı Belarus, Rusiya və Azərbaycan Dəmir Yolları tərəfindən işlənib hazırlanmış birgə layihədir. Onun reallaşdırılması Belarusda istehsal olunan yüklərin qısa müddətdə (7 gün) və rəqabətli tariflərlə Azərbaycana çatdırılmasına imkan verəcək.
O, Minsk və Bakı arasında münasibətlərin müsbət dinamikasını və Belarus məhsullarının dəmir yolu nəqliyyatı ilə Azərbaycana ixracı üzrə biznes-cəmiyyətin qurulması üçün şəraitin yaradıldığını qeyd edib. Birinci müavinin sözlərinə görə, konteyner tədarüklərinin inkişafının aktuallığı 2018-ci ildə onların həcminin 26%-dən çox artması ilə təsdiqlənir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov bildirib ki, Azərbaycan tərəfi layihənin inkişafına hər cür kömək göstərməyə hazırdır.
«Tərəflər Minsk-Bakı qatarının təşkilinə dair təklifləri müzakirə edib, təqdim olunmuş layihədə maraqlı olduqlarını bildiriblər», - deyə məlumatda vurğulanır.
Bundan başqa, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı çərçivəsində yüklərin daşınması məsələsi də müzakirə mövzusu olub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət