Azərbaycan prezidentinin fərmanına uyğun olaraq 3 mindən çox şəhid ailəsi 11 min manat məbləğində birdəfəlik ödəmə alıb. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycan prezidentinin imzaladığı və 10 min şəhid ailəsini əhatə edən Fərmanla bu günədək 3 mindən çox şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələr verilib”, - deyə o, bu gün şəhid ailələri ilə görüşdə bildirib.
Dövlət başçısının sözlərinə görə, son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbə tikilib.
“Bu kateqoriyadan olan insanlara yeni mənzillərin və avtomobillərin verilməsi prosesi bu il də davam etdiriləcək”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident yeni Fərman imzaladığını və bu Fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, dövlət başçısının 28 yanvar 2019-cu il tarixində imzaladığı Fərmanla 2,264 min şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur.
Beləliklə, birdəfəlik ödəmələr 12,268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 mln. manat təşkil edəcək.
Bu günədək 3,1 min şəhid hərbi qulluqçunun 4,2 minə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 mln. manat vəsait ödənilib. Hazırda 6,444 min şəhidin vərəsələrinə ödənişlər davam edir.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət