Özbəkistanın baş nazirinin müavini Eler Qəniyev hesab edir ki, perspektivdə Azərbaycanla əmtəə dövriyyəsi $1 mlrd.-a çata bilər. Bu barədə Özbəkistan mətbuatı xəbər yayıb.
"2018-ci ildə əmtəə dövriyyəsi artıb və bu, bizi sevindirir. Bununla belə, rəqəmlər çox kiçik olaraq qalır. Əminəm ki, ticarət münasibətlərimizin inkişafı üçün heç bir məhdudiyyət yoxdur. Bu, ən azı yarım milyard, gələcəkdə isə 1 milyard dollardır", - deyə E.Qəniyev Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşdə bildirib.
Öz növbəsində, S.Mustafayev qeyd edib ki, hər iki ölkə təəssüf ki, mövcud iqtisadi potensialdan faydalanmayıb.
"Təəssüf ki, biz mövcud olan potensialdan faydalanmamışıq. Ötən illər ərzində çox işlər görülüb. Hökumətlərimiz möhkəm hüquqi baza yaradıb. Son il ərzində əmtəə dövriyyəsi artsa da, əsas rəqəmlər çox azdır. Bu dövrdə artım təxminən 50% təşkil edib”, - deyə nazir bildirib.
E.Qəniyev son vaxtlar Özbəkistanda baş verən dəyişiklikləri diqqətə çatdırıb və vurğulayıb ki, iqtisadiyyatın liberallaşdırılması Özbəkistanda Azərbaycan biznesi üçün yaxşı imkanlar yaradır.
"Özbəkistan bu gün başqa bir ölkədir: açıq, şəffaf və əlçatan. Ona görə ümid edirik ki, bu yeni şəraitdə Azərbaycanla əməkdaşlıq Özbəkistanda Azərbaycan biznesinin inkişafı üçün çox yaxşı imkanlar yaradacaq”, - deyə o qeyd edib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi $43,948 mln. təşkil edib.
İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdədir. Görüşlərdə əsas diqqət həm də nəqliyyat sahəsində əməkdaşlığa ayrılacaq.
Nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər, həmçinin bir sıra istehsalçı şirkətlərin rəhbərləri daxildir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət