Fevralın 5-də Azərbaycanda baş vermiş zəlzələ dağıntılara səbəb olmayıb, cüzi ziyan dəyib. Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Bu gün səhər saatlarında nazir dünən güclü yeraltı təkanların qeydə alındığı bölgəyə gəlib.
«Zəlzələnin gücünü nəzərə alaraq dəyən ziyanın böyük olmaması sevindiricidir. Evlərdə və digər tikililərdə dağıntı, qəza və tələfat yoxdur. Bəzi evlərdə daxili və xarici divarlar dağılıb», - deyə o, jurnalistlərə bildirib.
«Şükür ki, insan tələfatı yoxdur. 3 nəfər xəsarət alıb, onlardan ikisinin ayağı, birinin isə qolu sınıb», - deyə K.Heydərov əlavə edib.
O qeyd edib ki, zəlzələ ilə əlaqədar FHN-in “qaynar xətt”inə 73 müraciət daxil olub.
K.Heydərovun sözlərinə görə, prezident İlham Əliyevin tapşırığı ilə İsmayıllı və Ağsu rayon İcra hakimiyyətləri Şamaxı Rayon İcra Hakimiyyəti ilə birgə fövqəladə hallar üzrə komissiyalarla işləyir.
“Araşdırmaların yekunları üzrə müvafiq qərarlar qəbul olunacaq”, - deyə nazir bildirib.
O, həmçinin deyib ki, birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq tapşırıqları əsasında Heydər Əliyev Fondunun könüllüləri bu işlərə cəlb olunacaqlar.
Xəbər verildiyi kimi, fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Ətraf rayonlarda zəlzələ 5,3 bal gücündə hiss olunub.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət