2018-ci ildə Azərbaycanda yol hərəkəti qaydaları pozuntusuna görə 85,6 mln. manat cərimə tətbiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
«2018-ci ildə 85,6 mln. manat cərimə tətbiq edilib (2017-ci ildə 73,7 mln. manat, yəni 16,1% çox - İF)). Hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə 3 mln. 409,7 min inzibati xəta (2017-ci illə müqayisədə artım 1,3%) aşkarlanıb», - DSK-dan qeyd olunur.
«Xətaların 49,6%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 14,1%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 10,9%-i dayanma və ya durma qaydalarının pozulması, 9,1%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,1%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb», - deyə məlumatda bildirilir.
2018-ci ildə yol-nəqliyyat hadisələrinin sayı 0,9% - 1,817 minədək, zərərçəkənlərin sayı isə 1,5% - 2,433 min nəfərədək azalıb.
“Yol qəzalarında 1,711 min nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 722 nəfər isə ölüb. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,5%-ni, yaralananların isə 74,1%-ni kişilər təşkil edib”, - Komitədən qeyd olunub.
Yol-nəqliyyat hadisələrinin 90%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,3% artaraq 556 nəfər, yaralananların sayı isə 0,9% artaraq 1,628 min nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 47,5%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 49 hadisə baş verib, nəticədə 27 nəfər ölüb, 36 nəfər yaralanıb.
Bundan başqa, hadisələrin 40,9%-i gündüz, 38,7%-i gecə baş verib, 29,1%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.**
R.Babayev
Əliyev TDT ölkələrinə müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün “yol xəritəsi” lazımdır
Əliyev: Azərbaycan Cənubi Qafqazda vəziyyətlə bağlı öz mövqeyini beynəlxalq aktorlara çatdırır
Qarabağ və Şərqi Zəngəzura 987 ailənin köçürülməsi təmin edilib
SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na (OGDC) qoşulub
Manat avro və rubla qarşı bahalaşıb, lirəyə qarşı sabitdir
ADY informasiya təhlükəsizliyinin təmin edilməsinə 4,3 milyon manat yönəldəcək
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
HƏMAS İsrail hərbi əməliyyatları dayandırmayana qədər Qəzzadan girovları buraxmayacağını bəyan edir
Netanyahu: İsrail HƏMAS-ın batalyonlarının yarısının komandirlərini ləğv edə bilib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş
AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək