“Atəşgah Həyat” sığorta şirkəti ləğv etmə prosesində olan “Dəmirbank” ASC-nin əməkdaşlarının həyatın yığım sığortası üzrə ödənişlərini 2021-ci ilədək başa çatdıracaq. Bu barədə “İnterfaks-Azərbaycan”a sığorta şirkətindən məlumat verilib.
“Dəmirbank” “Atəşgah Həyat” arasında həyatın yığım sığortası müqaviləsi bağlanmışdır və bundan yaranan bütün məsələlər müqavilə şərtləri və qanunvericiliyin müddəaları çərçivəsində həllini tapacaq. İlk sığorta ödənişinin vaxtı 2019-ci ilin iyul ayına təsadüf edir və işçilərin yığım sığortasına qoşulma vaxtlarına uyğun olaraq ödənişlərin 2020-ci ilin sonunadək verilməsi nəzərdə tutulur”, - şirkət əməkdaşların narazılıqlarını şərh edərkən bildirib.
Şirkətdən qeyd olunub ki, bu məsələ həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının diqqət mərkəzindədir.
“Məsələ ilə bağlı “Dəmirbank”ın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu və Maliyyə Bazarına Nəzarət Palatası ilə aparılan intensiv məsləhətləşmələrin yekunu olaraq belə bir anlaşma əldə olunub ki, məsələyə xüsusi yanaşma labüddür və ədalətli həll tapılmalıdır. Sığorta olunanların mənafelərinin təmin olunması üçün ümumi baxış artıq formalaşmışdır, hazırda detallar üzərində iş gedir”, - şirkətdən bildiriblər.
“Dəmirbank” ASC-nin təxminən 30 əməkdaşı mətbuatda “Atəşgah Həyat” sığorta şirkətinə münasibətdə narazılıq və şikayətlərinin yer aldığı məqalələr yayımlayıb. Bildirilir ki, “Dəmirbank” ASC əməkdaşlarının həyatın yığım sığortasının imkanlarından yararlanaraq götürdükləri kreditlər üzrə faizlər hesablanır, amma həmin kreditlərin təminatı olan əlaqədar investisiya alətlərinə (depozitə) faiz hesablanmır və bununla da onların iqtisadi mənafeləri pozulmuş olur.
Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilib. Buna səbəb məcmu kapitalının minimum miqdarından az olması kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilməməsidir.
“DəmirBank” 1989-cu ildə yaradılıb və Azərbaycanın aparıcı 15 bankı sırasında olub. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət