Azərbaycan hökuməti əhalinin kredit borcları məsələsinin həlli üzərində iş aparır. Bunu prezident İlham Əliyev deyib.
“Əhalinin problemli kreditlər məsələsinin həlli ilə əlaqədar işçi qrupu yaradılıb. Qrup iki aydan çoxdur çalışır. Təhlil aparmalı idik, ümid edirəm iş son mərhələdədir və yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq”, - İ.Əliyev bu gün iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.
Dövlət başçısı qeyd edib ki, problemli kreditlərlə bağlı məsələ əhalinin narahatlığına səbəb olur. Buna görə, ötən ildən etibarən bu problemin həlli istiqamətində fəal iş aparılır və təkliflər paketi hazırlanır.
“Mənə məlumdur ki, bu məsələ həmçinin parlamentdə müzakirə olunur. Qeyd etmək istərdim ki, bu problemin həlli yüngül vəzifə deyil. Məsələnin həllinin əhalinin rihafının yaxşılaşdırılması və vətəndaşların maliyyə yükünün azaldılması olduğunu anlayırıq. Bu addım ciddi sosial təşəbbüs kimi dəyərləndirilməlidir”, - dövlət başçısı vurğulayıb.
İ.Əliyev qeyd edib ki, bir sıra dövlətlər problemli kreditlərlə bağlı məsələnin həll olunacağına dair vədlər veriblər, lakin həmin vədlər yerinə yetirilməyib.
“Əsas şərt niyyətin yaxşı olması deyil. Burada savadlı təhlil və əhali üçün ən optimal variantın seçimi mühümdür. Əlbəttə ki, kifayət dərəcədə maliyyə imkanlarının olması ön planda gəlir. Bu gün sadəcə anons vermək istərdim ki, artıq bu məsələ son mərhələdədir”, - İ.Əliyev vurğulayıb.
2015-ci ildə manatın iki dəfə devalvasiyası nəticəsində Azərbaycanın bank sektoru böhranla üzləşib. Bu, vaxtı keçmiş kreditlərin həcminin artmasına, onların restrukturlaşdırılmasının zəruriliyinə, bank kreditləri və əhalinin əmanətləri üzrə dollarlaşma səviyyəsinin və zərərliliyin artmasına gətirib çıxarıb.
AMB-nin məlumatına görə, 2019-cu ilin əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 585 mln. manat (cari məzənnə ilə $940 mln.) və yü bütün kreditlərin 12,2%-ni təşkil edir. **
Ə.Məmmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət