Sumqayıt Texnologiyalar Parkı (STP) və Britaniyanın “Weir Group” şirkəti Azərbaycanda və MDB-də neft-qaz sahəsində əməkdaşlığın inkişafı ilə bağlı razılığa gəlib. Bu barədə STP-nin məlumatında deyilir.
“STP və mədənçilik və neft-qaz sənayeləri üzrə ixtisaslaşmış “Weir Group” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən şirkətlər Azərbaycanda və MDB ölkələrində əməkdaşlıq edəcəklər”, - deyə məlumatda bildirilir.
Memorandumu “Weir Group”un “Weir Oil & Gas Eastern Hemisphere” şirkətinin prezidenti Li Gloheç, “Weir Oil & Gas Eastern Hemisphere” şirkətinin Rusiya və Orta Asiya ölkələri üzrə baş direktoru Altug Bilgic, STP tərəfdən şirkətin baş direktoru Emin Məmmədov imzalayıblar.
“Weir Group”la əməkdaşlıq STP-yə xüsusilə neft və qaz sektorunda daha böyük layihələrə qoşulmaq imkanı yaradacaq”, - deyə məlumatda qeyd olunur.
Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib. Parkın sahəsi 250 ha təşkil edir. STP-nin ərazisində 13 zavod və 30-dan artıq istehsalat sahəsi fəaliyyət göstərir. Park Azərbaycanın sənaye sektorunda iri infrastrukur layihələrinin həyata keçirilməsi məqsədilə yaradılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət