Dövlət Turizm Agentliyi (DTA) bu ilin yanvar ayında Gürcüstan, Cənubi və Mərkəzi Asiyadan turist axınının artdığını, İran, Türkiyə və Yaxın Şərq ölkələrindən isə azaldığını qeyd edir.
“2018-ci ildə Azərbaycana gələn əcnəbilərin sayında müşahidə olunan artım 2019-cu ilin yanvar ayında da davam edib. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, ötən ay ölkəyə 191,4 min əcnəbi gəlib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən (185,9 min) 5 min və ya 3% çoxdur», - deyə DTA-dan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Yanvar ayında əcnəbilər arasında ən çox artım 22%-lə Gürcüstandan gələnlərin sayında (55,7 min nəfər) qeydə alınıb.
Hesabat dövründə Rusiyadan Azərbaycana 56,3 min turist gəlib ki, bu da ötən ilin yanvar ayının göstəricisinə uyğundur.
“Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi və Orta Asiyadır. Bu ölkələrdən Azərbaycana 12,5 min turist gəlib, artım müvafiq olaraq 60,9% və 35,4% təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Türkiyə (21,5 min nəfər) və İrandan (10,3 min nəfər) gələn xarici vətəndaşların sayında isə azalma baş verib. Bu ölkələrdən gələnlərin sayı 23% və 11,5% azalıb.
Yaxın Şərq ölkələrindən gələnlərin sayında da 7% azalma müşahidə olunub.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycana turist axını 2017-ci illə müqayisədə 6% - 2 mln. 844,889 min nəfərədək, Azərbaycandan xaricə gedən vətəndaşların sayı isə 19,5% - 4 mln. 908,1 min nəfərədək artıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət