Azərbaycanda 2019-cu ilin fevral ayında gündəlik neft hasilatı cari ilin yanvarında sutkalıq 793 min barelə qarşı 806 min barrel təşkil edib. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“Azərbaycanda fevral ayı üzrə gündəlik neft hasilatı 806 min barrel olub. Bunun 722 min barrelini xam neft, 84 min barrelini kondensat təşkil edib”, - məlumatda qeyd olunur.
Cari ilin fevral ayında gündəlik 572,9 min barrel xam neft (yanvarda – 598 min), 84 min barrel kondensat, 18 min barrel isə neft məhsulları ixrac edilib.
“Energetika Nazirliyi fevral ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib”, - məlumatda bildirilir.
2018-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.
Öncə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyevaya istinadən məlumat verilib ki, Azərbaycan OPEC+ sazişi çərçivəsində gündəlik neft hasilatının 20 min barrel – 776 min barrelədək azaldılması prosesinə başlayıb. “Lakin məlum olduğu kimi, bu, texnoloji prosesdir və müəyyən səviyyəyə tədricən nail olunur. OPEC və qeyri-OPEC sazişi 6 ay ərzində qüvvədədir. Buna görə görülən tədbirlər artıq növbəti aylardan başlayaraq hasilatı tələb olunan göstəriciyə qədər azaltmağa imkan verəcək», - Z.Əliyeva qeyd edib.
2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət