Azərbaycan neft bazarının sabitləşməsi üçün gələcək tədbirlərin müəyyənləşdirilməsi məqsədilə yekun qərarın tezliklə qəbul ediləcəyinə ümid edir. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
"Hazırda biz neftin qiymətlərində müsbət tendensiya müşahidə edirik. Bu, bizim ümumi uğurumuzdur və nailiyyətlərimizi möhkəmləndirmək üçün işləri davam etdirməliyik", - deyə o, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının açılışında bildirib.
P.Şahbazov qeyd edib ki, OPEC+ əməkdaşlıq formatı dünya enerji bazarına təsir edən effektiv platformadır.
"OPEC-də əməkdaşlığımız risklərin azaldılması üçün son dərəcə vacibdir. Biz yaxşı nəticələr əldə etmişik. Ümid edirəm ki, danışıqlarımız tezliklə başa çatacaq və neft qiymətlərinin sabitləşməsi üzrə birgə tədbirləri daha aydın çərçivələrdə davam etdirməyə imkan verəcək", - deyə nazir vurğulayıb.
O deyib ki, OPEC+ formatı dünya neft bazarına vacib və bəzən də yeganə dəstəyi verir.
"Bu format çərçivəsində əməkdaşlığımız dünya neft bazarında tərəqqi modelini formalaşdırır", - deyə P.Şahbazov əlavə edib.
O, həmçinin bu iclasın neft bazarında mövcud vəziyyəti təhlil etməyə və gələcəyə dair proqnozlar verməyə şərait yaradacağına ümidvar olduğunu söyləyib.*
N.Abbasova, Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət