Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 7 binasında mənzillərin alqı-satqısı başa çatıb. Bu barədə MİDA-nın məlumatında deyilir.
“Yasamal Yaşayış Kompleksinin 1-7 saylı binaları üzrə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 174 mənzildən 152-nin alqı-satqısı başa çatıb. Güzəştli şərtlərlə əldə edilmiş 152 mənzildən 37-si 1 otaqlı, 83-ü 2 otaqlı, 32-si isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 34-ü mənzili öz vəsaiti hesabına, 118-i isə güzəştli ipoteka krediti hesabına əldə edib”, - deyə məlumatda bildirilir.
Vətəndaşlar tərəfindən seçilən, lakin sonradan əldə etmədikləri mənzillərin sayı 22-dir. Həmin mənzillər növbəti elanda digər mənzillərlə birlikdə yenidən satışa çıxarılacaq.
“Yasamal Yaşayış Kompleksində mənzillərin 05.09.2018-ci il və 25.01.2019-cu il tarixlərində həyata keçirilən satışların nəticəsində ümumilikdə 430 nəfər güzəştli mənzilə sahib olub. “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxslərin sayı hazırda 10,543 min nəfərdir”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edirlər) əsasında mənzilləri seçə biləcəklər.
“Güzəştli mənzil” pro qramı çərçivəsində Yasamal rayonu ərazisində 1-ci yaşayış kompleksində 324 mənzil 2018-ci ildə satılıb.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır: 1 otaqlı mənzil - 26,959 min manat, 2 otaqlı mənzil - 42,853 min manat, 3 otaqlı mənzil - 59,363 min manat.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda 1 otaqlı mənzil 29,954 min manata, 2 otaqlı mənzil 47,614 min manata, 3 otaqlı mənzil isə 65,959 min manata başa gələcək. İlkin ödəniş mənzilin ümumi dəyərinin 10%-ni təşkil edəcək. İpoteka krediti 3 ildən 30 ilədək müddətə və illik 4%-lə verilir.
Ümumi sahəsi 11,6 hektar olan kompleks 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Onların 17-si ikibloklu 9 mərtəbəli bina, 12-si isə birbloklu 12 mərtəbəli bina olacaq.
Bundan əlavə, kompleksin ərazisində bir sıra sosial obyektlər tikiləcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət