Budapeşt enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Bakıya işçi qrupu yaratmağı təklif edir. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Syarto ilə cümə günü Bakıda “Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti, genişləndirilmə perspektivləri, növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması imkanlarını müzakirə edib.
“Macarıstanın enerji təchizatının mövcud vəziyyəti, qaza olan tələbatı barədə məlumat verən P.Syarto qaz bazarının diversifikasiyası ilə bağlı planlardan danışıb. Macarıstanın gələcəkdə “Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlı olduğunu qeyd edib. Həmçinin, enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində müvafiq işçi qrupunun yaradılması təklif edilib”, - məlumatda deyilir.
Tərəflər əməkdaşlığın digər istiqamətləri, eləcə də regional enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər.
29 may 2018-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyev “Cənub Qaz Dəhlizi”ni istifadəyə verib. CQD Azərbaycan qazının Avropaya tədarükü üçün infrastrukturun yaradılmasını nəzərdə tutur.
Layihə $40 mlrd.-dan artıq məbləğdə qiymətləndirilir.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri təxminən $40 mlrd.-dır. Hazırda 7 ölkə bu layihəyə qoşulub.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət