Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan və Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb. Bu barədə ADY-nin mətbuat xidmətindən məlumat verilib.
“BTC ilə hərəkət edəcək qatarda doqquz sərnişin vaqonu, bir restoran var. Qatar İsveçrədən Türkiyəyə, oradan Gürcüstana gətirilib. Qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda 1520 mm standartlı izdən və 1435 mm standartlı izə test rejimində sınaqdan keçiriləndən sonra Bakıya gətirilib”, - məlumatda deyilir.
Cəmiyyətin məlumatına görə, ADY 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır.
“Stadler Rail Group” ilə müqaviləyə əsasən, ikinci mərhələdə daha 10 vaqonun Azərbaycana gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb”, - məlumatda qeyd edilir.
Xəbər verildiiy kimi, ADY BTC ilə sərnişin daşınmasının təşkili məqsədilə “Stadler” şirkətindən 30 vaqon sifariş edib.
Qeyd edək ki, Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında Bakı-Tbilisi-Qars marşrutu üçün sərnişin vaqonların istehsalına dair müqavilə imzalanıb.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Hazırda bu marşrut ilə yüklərin daşınması həyata keçirilir. İlkin mərhələdə BTC ilə 1 mln.-a qədər sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir. Lakin bu dəhliz ilə illik yük daşınmasını 20-22 mln. tona çatdırmağı planlaşdırır. **
N.Abbbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət