Ermənistanın baş naziri Nikol Paşinyan mart ayının 29-da Azərbaycan prezidenti İlham Əliyevlə Vyanada baş tutan görüşünü müsbət qiymətləndirib.
“Ümumilikdə bugünkü görüşü müsbət qiymətləndirirəm. Danışıqlar prosesində dönüş və ya inqilab baş verməsə də, gündəmimiz, təsəvvürlərimiz, vəzifələrimiz barədə danışmaq imkanı verən proses başlayıb”, - deyə N.Paşinyan Avstriyanın erməni icması ilə görüşdə bildirib.
O, Azərbaycan prezidentinin görüşü müsbət qiymətləndirəcəyinə ümidvar olduğunu deyib.
"Görüşü müsbət qiymətləndirdiyimi söyləyərkən bu, o demək deyil ki, görüşdə qazanan və məğlub olan tərəflər var. Bunu vurğulamaq çox vacibdir", - deyə baş nazir qeyd edib.
Onun sözlərinə görə, bu münaqişə çox dərin köklərə malikdir. Bu, çox ciddi və dərin problemdir.
"Ümid edirəm ki, prezident Əliyevlə qiymətləndirmələrimiz bir-birindən çox fərqlənməyəcək", - deyə N.Paşinyan vurğulayıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət