Bakının Nizami rayonu ərazisində yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlar 14,8 mln. manat məbləğində güzəştli kredit almaq üçün Sahibkarlığın İnkişafı Fonduna (SİF) müraciət ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“29-30 mart tarixlərində İqtisadiyyat Nazirliyinin rəhbərliyi ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş 410 sahibkarla fərdi qaydada görüşlər keçirib. Görüşlərdə onların problemlərinin həlli mexanizmləri müzakirə olunub. 346 sahibkar ümumi məbləği 14,8 mln. manat olan güzəştli kreditlərdən istifadə etmək istədiklərini bildirib. Hazırda fond kreditlərin verilməsi üçün sahibkarlarla məsləhətləşmələr aparır”, - deyə məlumatda bildirilir.
Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılığa əsasən ilkin olaraq Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ümumi sahəsi 12 min kvadratmetr olan 350-yə yaxın ticarət obyekti beş ay icarə haqqı ödənilməmək şərti ilə istifadə üçün sahibkarlara təklif edilib. İki gün davam edən məsləhətləşmələr zamanı 380 sahibkar ümumilikdə 11,9 min kvadratmetr ticarət obyektinə ehtiyac olduğunu bildirib.
“Diqlas” ticarət mərkəzində yanğın martın 26-da səhər saatlarında baş verib. FHN-in ilkin qiymətləndirmələrinə görə, yanğına səbəb mərkəz rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması olub. Binada daxili yanğınsöndürmə sistemləri olmayıb.
Prezident İlham Əliyev martın 29-da yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə dövlət büdcəsindən ilkin olaraq 3 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Maliyyə Nazirliyi artıq bu vəsaiti İqtisadiyyat Nazirliyinin hesabına köçürüb. Gələn həftə sahibkarlara kompensasiyaların ödənilməsinə başlanılacaq.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət