“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2022-ci ilədək Azərbaycanda neft hasilatının artacağını gözləyir. Bunu agentliyin nümayəndəsi Dmitri Marinçenko deyib.
"Hesab edirik ki, Azərbaycanda neft hasilatı kondensat hasilatının artması hesabına 2022-ci ilədək artacaq. Lakin 2028-ci ilə qədər hasilat tədricən azalacaq", - deyə o, “Fitch”in bu gün Bakıda keçirilən Azərbaycan üzrə illik konfransında bildirib.
Bütövlükdə, agentlik 2022-ci ilədək Azərbaycanda gündəlik neft və kondensat hasilatının 880 min barelə çatacağını, 2028-ci ilə qədər isə tədricən 860-870 min barelədək azalacağını gözləyir.
Onun sözlərinə görə, 2019-cu ildən Azərbaycanda qaz hasilatı "Şahdəniz" yatağının işlənməsi üzrə “Mərhələ-2” hesabına artacaq. Ölkədə qaz hasilatı 2026-cı ilədək sabit səviyyədə qalacaq.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 38,758 mln. ton neft hasil olunub. Energetika Nazirliyinin proqnozlarına görə, 2019-cu ildə ölkədə neft hasilatı 37 mln. 989,8 min ton həcmində proqnozlaşdırılır.
Hökumətin qiymətləndirmələrinə görə, 2020-2021-ci illərdə 39 mln. tondan çox neft hasil olunacaq.
Hökumət 2023-cü ilə qədər Azərbaycanda qaz hasilatının 2018-ci ildə qeydə alınmış 30,6 mlrd. kubmetrə qarşı 45 mlrd. kubmetrə çatacağını proqnozlaşdırır.*
Ə.Məmmədov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 9.5% ilə yay krediti!
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət