Dünya Bankı (DB) 2019-cu ildə Azərbaycanda ÜDM-nin 3,3% artacağını proqnozlaşdırır ki, bu da yanvar proqnozundan 0,3 faiz bəndi azdır.
Bankın Avropa və Mərkəzi Asiya üzrə yenilənmiş hesabatına əsasən 2020-ci ildə Azərbaycanda ÜDM 3,5%-dək (yanvar proqnozu ilə müqayisədə 0,2 faiz bəndi çox), 2021-ci ildə isə 3,7%-dək (+1 faiz bəndi çox) artacaq.
Bankın proqnozlarına görə, 2019-2021-ci illərdə kənd təsərrüfatı məhsullarının istehsalı müvafiq olaraq 3,4%, 3,5% və 3,7%, sənaye istehsalı 2,3%, 2,4% və 2,6% artacaq, xidmət sahəsində isə artım 5.1%, 5% və 5.2% təşkil edəcək.
Dünya Bankı 2019-cu ildə Azərbaycanda inflyasiyanı 2,8%, 2020-ci ildə 3,2%, 2021-ci ildə isə 3,3% səviyyəsində proqnozlaşdırır.
2019-cu ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-nin 12.5%-i, 2020-ci ildə ÜDM-nin 13.1%-i, 2021-ci ildə isə ÜDM-nin 13.4%-i səviyyəsində proqnozlaşdırılır.
"Təbii qaz ixracının artması nəticəsində 2019-2021-ci illərdə iqtisadi artım illik orta hesabla 3,5% təşkil edəcək. Daxili tələbatın tədricən bərpası inflyasiyanın bir qədər sürətlənməsinə (üçillik dövrdə ildə orta hesabla 3%-dən bir qədər çox) səbəb olacaq”, - deyə hesabatda qeyd olunur.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycandan kapital axını aşağı səviyyədə qalacaq. Qaz ixracının artması və neft ixracının sabit səviyyədə qalması isə cari əməliyyatlar hesabının profisitini təmin edəcək. Bu vəziyyət ortamüddətli dövrdə pul-kredit siyasətinin bir qədər azalmasına gətirib çıxara bilər.
"ÜDM-nin dayanıqlı artımı, əlavə sosial transfertlər və işsizliyin aşağı səviyyədə olması yoxsulluğun daha da azalmasına səbəb olacaq”, - deyə hesabatda vurğulanır.
Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,6%, 2020-ci ildə 3,8%, 2021-ci ildə isə 3,6% artacağını gözləyir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət