2018-ci ildə “Azərlotereya” ASC-nin gəlirləri 40 mln. 947,2 min manat, bunun 40 mln. 552,9 min manatı lotereya biletlərinin satışından əldə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ildə lotereya biletlərinin satışından ASC-nin gəliri 26 mln. 172,173 min manat təşkil edib. Beləliklə, 2018-ci ildə gəlirin həcmi 55% artıb.
2018-ci ildə “Azərlotereya” tərəfindən 36 mln. 731,285 min lotereya bileti satılıb. Eyni zamanda, 33 mln. 996,1 manat məbləğində biletlər nağd şəkildə, daha 6 mln. 342,5 min manat məbləğində xüsusi terminallar vasitəsilə, 214,3 min manat məbləğində internet vasitəsilə satılıb.
“Ötən il biletlərin satışından 24 mln. 253,2 min manat, yəni 59,8%-i lotereya oyunları üzrə uduş fondunun formalaşdırılmasına yönəldilib”, - ASC-dən qeyd ediblər.
2018-ci ildə lotereyalar çərçivəsində onların iştirakçıları 11 cek-pot udublar (cek-potlar üzrə uduşların ümumi məbləği 1 mln. 76 min manat təşkil edib). 2017-ci ilin yekunları üzrə lotereya iştirakçıları 16 cek-pot udublar (cek-potlar üzrə uduşların ümumi həcmi 1 mln. 252,5 min manat təşkil edib).
“Azərlotereya” ASC Azərbaycan prezidentinin fərmanı ilə 2001-ci il noyabrın 23-də İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilib. “Azərlotereya” ölkənin lotereya bazarında inhisarçıdır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət