SOCAR-ın "Azərkimya" İstehsalat Birliyi (İB) 2020-ci ilin II rübündə Etilen-Polietilen zavodunu yenidənqurma və modernləşdirmə işlərindən sonra istismara verməyi planlaşdırır. Bu barədə bu gün birliyin baş direktorunun sərmayə və inkişaf üzrə müavini Orxan Cəfərov məlumat verib.
"2020-ci ilin I rübündə müəssisədə yeni və yenidən qurulmuş qurğular üzrə tikinti-quraşdırma işləri başa çatacaq. Etilen-Polietilen Zavodu aparılan modernizasiya və yenidənqurmadan sonra 2020-ci ilin II rübündə tam olaraq yeni konfiqurasiyada istismara veriləcək.”, - deyə o, bu gün Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda bildirib.
O.Cəfərov qeyd edib ki, hazırda layihə çərçıvəsində işlər 99,8%, təchizat 96,4%, tikinti 51% tamamlanıb.
Layihənin icrasından sonra zavodda etilen istehsalının həcmi ildə 100-105 min tondan 192 min tona, propilen istehsalının həcmi 50-55 min tondan 187 min tona çatdırılacaq.
2016-cı il noyabr ayının 5-də “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun yenidən qurulması layihəsi çərçivəsində “TECHNİP İTALY S.p.A.” şirkəti və SOCAR arasında EPC müqaviləsi imzalanıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət