Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Azərbaycan üçün 2019-2024-cü illəri əhatə edən yeni strategiyanı təsdiq edib. Bu barədə bankın məlumatında deyilir.
Yaxın 6 il ərzində bankın Azərbaycanda əməliyyatlar üzrə prioritetləri 3 istiqaməti əhatə edir: AYİB qeyri-neft sektorunda fərdi sahibkarlığın inkişafını dəstəkləməklə və özəl və dövlət şirkətlərinin idarə edilməsini gücləndirməklə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstəyi davam etdirəcək; banklar və bank olmayan maliyyə müəssisələrində kreditləşməni stimullaşdırmaqla, eləcə də milli valyutanın və kapital bazarlarının dayanıqlılığına yardım etməklə yerli müəssisələrin maliyyə vəsaitlərinə çıxışının gələcəkdə genişləndirilməsi üzərində işləyəcək; bank bərpa olunan enerji mənbələrinin maliyyələşdirilməsi, enerji səmərəliliyinin artırılması, daha təmiz nəqliyyat və dayanıqlı infrastruktur da daxil olmaqla, yaşıl iqtisadiyyata dəstəyi artıracaq.
“Strategiya Azərbaycandakı fəaliyyətimizə yeni təkan verəcək. AYİB Azərbaycanın öz qeyri-neft sektorunu inkişaf etdirməsi, yerli kreditorların gücləndirilməsi və yaşıl iqtisadiyyata investisiya qoyuluşlarının artırılmasına yardım etməyə hazırdır. Biz bərpa olunan enerji sektorunda böyük potensial görürük. Səlahiyyətli orqanların enerji bazarında islahatlar aparmaq və biznes mühitini yaxşılaşdırmaq istiqamətində göstərdikləri davamlı səylər başqa mənbələrdən maliyyənin cəlb edilməsinə yardım edəcək”, - deyə AYİB-in Bakı ofisinin rəhbəri Ivana Duarte bildirib.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 31 yanvar 2019-cu il tarixinə AYİB Azərbaycanda 167 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,2 mlrd. avro yatırılıb. Hazırda bank respublikada 44 layihə reallaşdırır və 1,4 mlrd. avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 24%-i özəl sektorun, 2%-i isə kapitala qoyulan sərmayələrin payına düşür.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət