2019-cu ildə Azərbaycan Çində iki, həmçinin Pekində bir Ticarət Evi açacaq. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Hazırda Çində Azərbaycanın 3 Ticart Evi fəaliyyət göstərir, bu il daha ikisi açılacaq. Onlardan biri Pekin, digəri Çendu şəhərində açılacaq. Azərbaycan sahibkarlarının Çin bazarına böyük marağı var, hesab edirik ki, bu mənada spirtli içkilər və emal olunmuş ASK məhsullarının ixracı xüsusi maraq kəsb edir”, - Ş.Mustafayev AzTV telekanalının efirində bildirib.
Həmçinin, nazir qeyd edib ki, 2019-cu ilin noyabr ayında Çinin kommersiya nazirinin dəvəti ilə Azərbaycan 2-ci Çin Beynəlxalq İdxal Malları sərgisində iştirak edəcək.
“Biz 2018-ci ildə birinci sərgidə artıq iştirak etmişik. Orada Azərbaycan pavilyonun ən yaxşılardan biri kimi tanındı. Sərgidə 200-dən artıq növ məhsul ilə 32 Azərbaycan şirkəti təmsil olunub”, - Ş.Mustafayev qeyd edib.
Eyni zamanda, nazir vurğulayıb ki, Azərbaycan Çin ilə ticarət dövriyyəsinin inkişafında maraqlıdır. Onun sözlərinə görə, 2019-cu ilin birinci rübün yekunları üzrə ticarət dövriyyəsinin həcmi 2,4 dəfə artacaq.
“Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi $1,3 mlrd. təşkil edib. Çinin Cənubi Qafqaz ölkələri ilə bütün ticarət dövriyyəsinin 43%-i Azərbaycanın payına düşür. Çin iqtisadiyyatına Azərbaycanın sərmayələri 1,7 mlrd. manata, Çinin Azərbaycana sərmayələri isə $800 mln.-a çatıb”, - Ş.Mustafayev bildirib.
Nazir əlavə edib ki, son iki il ərzində Azərbaycan Çinə 6 ixrac missiyası təşkil edib, Azərbaycan şirkətləri Çində təşkil olunan 9 sərgidə iştirak ediblər. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət