NATO Azərbaycanla hərbi əməkdaşlığın dərinləşməsinə ümid bəsləyir. Bu sözləri NATO-nun Hərbi Komitəsinin sədri, aviasiya baş marşalı Stüart Piç deyib.
“Azərbaycanın NATO-nun etibarlı bir tərəfdaşı kimi son iyirmi beş ildə əldə etdiyi nailiyyət və tərəqqini, o cümlədən regional sabitliyin güclənməsində, habelə beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində oynadığınız əhəmiyyətli rolu alqışlayıram. Əminəm ki, həm Alyans və həm də Azərbaycan son 25 ildə əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirərək bu tərəfdaşlığa töhfə verməyə davam edəcəklər”, - deyə o, Azərbaycanla əməkdaşlığın 25 illiyinə həsr olunmuş məqaləsində bildirib. Məqalə Müdafiə Nazirliyinin saytında dərc olunub.
Aviasiya baş marşalı qeyd edib ki, Azərbaycan NATO-nun yaxın, etibarlı və dəyərli tərəfdaşıdır.
“Bu gün bizim praktiki əməkdaşlığımız potensialın inkişafından başlayaraq enerji təhlükəsizliyinin təmin edilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, müdafiə institutunun qurulması, mülki fövqəladə planlaşdırma, elmi əməkdaşlıq və ictimai diplomatiyaya qədər olan bir çox sahələri əhatə edir. Seçdiyiniz bütün sahələr üzrə sizinlə işləməyi davam etdirməkdə qərarlıyıq», - deyə S.Piç qeyd edib.
O, Kosovo və Əfqanıstanda NATO-nun başçılığı altında keçirilən əməliyyat və missiyalarda Azərbaycanın fəal iştirak etdiyini diqqətə çatdırıb.
“İyirmi beş il ərzində bu tərəfdaşlıq inkişaf edərək bu gün çoxşaxəli əlaqələrə çevrilmişdir. Tərəfdaşlığımız Müdafiə Təhsilinin Genişlənməsi Proqramımızda iştirakınız, milli mülki fövqəladə hal və fəlakətlərin idarə edilməsi imkanlarınızın inkişafı məqsədilə Avro-Atlantik Böhranlara Cavabvermə Koordinasiya Mərkəzimizlə əməkdaşlığınız, eləcə də qoşunlarınızın uyarlığının artırılması məqsədilə Tərəfdaşlığın Uyarlılıq Təşəbbüsümüzə cəlb edilməyiniz sayəsində möhkəmlənmişdir”, - deyə S.Piç vurğulayıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət