Türkiyənin Enerji BazarınınTənzimləmə Şurası (EPDK) və Türkiyənin Rəqabət işləri üzrə Şurası SOCAR (ARDNŞ) şirkətinin Almaniyanın “EWE A.G” enerji şirkətinə məxsus “Bursagaz” və “Kayserigaz” şirkətlərinin satın alınmasını təsdiq edib. Bu barədə Türkiyənin “Haberturk” nəşri məlumat verir.
Xəbər verildiyi kimi, SOCAR 2019-cu ilin yanvar ayında “SOCAR “EWE A.G” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən EWE Turkey Holdingi və qrupa daxil olan şirkətlərin satın alınmasını elan edib.
“EPDK və ürkiyənin Rəqabət işləri üzrə Şurası ARDNŞ tərəfindən “Bursagaz” və “Kayserigaz” şirkətlərinin satın alınmasını təsdiq edib. Sırada SOCAR tərəfindən “Millenicom” telekommunikasiya şirkətinin satın alınmasının Türkiyə İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsinin (BTK) təsdiq etməyi durur. Bu orqan tərəfindən qərarın bir həftə ərzində qəbul edilməsi gözlənilir”, - nəşr qeyd edir.
Məlumata əsasən, bütövlükdə EWE-nin Türkiyədəki enerji və telekommunikasiya aktivlərinin SOCAR-ın sərəncamına verilməsi prosesinin 29 may 2019-cu ildə başa çatması planlaşdırılır.
Nəşr həmçinin bildirir ki, SOCAR-ın EWE Turkey Holding və bura daxil olan şirkətlərin satın alınması üzrə əqdin dəyəri $140 mln. təşkil edir.
EWE Turkey Holding Bursagaz və Kayserigaz ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsüdür.
Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara qaz tədarük edir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət