Rusiyanın “Qazprombank”ı Azərbaycanda "SOCAR GPC" yeni qaz emalı və polimer kompleksinin tikinti layihəsinin maliyyələşdirilməs məsələsinə dair ixrac-idxal agentlikləri ilə danışıqlar aparır. Bank layihənin reallaşdırılmasına $700 mln.-a qədər vəsait ayırmağa hazırdır. Bunu “Qazprombank”ın Layihə və struktur maliyyələşdirmə departamentin müdir müavini – Neft-qaz emalı, kimya və mineral gübrələr idarəsinin rəhbəri Vyaçeslav Oxotin deyib.
“Biz artıq neçə ildir GPC layihəsinin maliyyə məsləhətçisi qismində çıxış edirik. Cari ildən etibarən biz həmçinin bu layihənin potensial kreditorları olduq. Hesab edirik ki, onun reallaşdırılması üçün ixrac-idxal agentlikləri cəlb etmək lazımdır. Hazırda onların bir neçəsi ilə danışıqlar aparırıq”, - Oxotin “İnterfaks-Azərbaycan”a bildirib.
O, bankın GPC kompleksinin tikinti layihəsinin maliyyələşdirilməsinin təşkili məqsədilə danışıqlar apardığı agentliyin adını qeyd etməyib.
Həmçinin, Oxotin məlumat verib ki, bu layihınin reallaşdırılmasına “Qazprombank” $700 mln.-a qədər vəsait təqdim etməyə hazırıdır.
Xəbər verildiyi kimi, SOCAR şirkəti (ARDNŞ) "SOCAR GPC" yeni qaz emalı və polimer kompleksinin fəaliyyətindən illik $1 mlrd. həcmində gəlir əldə etməyi ümid edir.
2019-cu ilin IV rübündə SOCAR GPC kompleksinin tikinti layihsəi üzrə yekun maliyyə qərarı qəbul etməyi planlaşdırır.
Obyektin tikintisi 2020-ci ilin birinci rübündə başlanacaq ki, 2023-cü ilin üçüncü rübündə bu müəssisədə hazır məhsulların istahsalına başlanılsın.
Kompleksin tikintisi üçün Səngəçal qəsəbəsi yaxınlığında 305 ha ərazi seçilib və 250 ha tikinti işləri üçün nəzərdə tutulub.
Yeni kompleksin illik gücü 9,1 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Kompleksdə, həmçinin ildə 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin və 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen istehsal olunacaq.
Bundan başqa, daxili istifadə üçün ildə 32 min ton buten-1, 21 min ton heksen-1 istehsalı planlaşdırılır.
Şirkət yeni müəssisənin inşasında “Technip”, “Axens”, “Sinopec Tech” və “Univation” şirkətlərinin ən qabaqcıl texnologiyalarından istifadə edəcək.
Qaz Emalı Zavodunun illik gücü təxminən 10 mlrd. kubmetr həcmində nəzərdə tutulub.
Layihənin dəyəri təxminən $4,2 mlrd. təşkil edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət