Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu” haqqında qanunda Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə görə dövlət rüsumunun məbləğini müəyyən edən dəyişikliklər qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq sənədləri 10 iş günü müddətində təqdim etdikdə 3 aylıq icazə üçün dövlət rüsumu 700 manat, 6 aylıq - 900 manat, 1 illik – 1,4 min manat məbləğində olacaq.
İcazə 15 iş günü ərzində verildikdə və ya müddəti uzadıldıqda 3 aylıq icazə üçün dövlət rüsumu 500 manat, 6 aylıq - 700 manat, 1 illik – 1,2 min manat məbləğində olacaq.
İcazə 20 iş günü ərzində verildikdə və ya müddəti uzadıldıqda 3 aylıq icazə üçün dövlət rüsumu 350 manat, 6 aylıq - 600 manat, 1 illik – 1,2 min manat məbləğində olacaq.
Dəyişikliklər 1 iyul 2019-cu il tarixindən qüvvəyə minəcək
Hazırda əmək miqrantlarına verilən 3 aylıq icazənin qiyməti 350 manat, yarımillik icazənin qiyməti 600 manat, 1 illik icazənin qiyməti isə 1 min manatdır.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət