Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisələrinin SOCAR tərəfindən satın alınması prosesi yekunlaşıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“EWE Turkey Holding’ə aid olan Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji ve Millenicom’un SOCAR Türkiyə’yə satışı tamamlanıb. İyunun 17-də Türkiyədə müvafiq sənəd imzalanıb. 2019-cu ilin yanvarında satınalma sənədləri imzalanan və hazırda bu məsələyə dair bütün razılıqların əldə olunduğu 5 şirkət bu gündən etibarən STAR neft emalı zavodu, TANAP, Petkim, “SOCAR Terminal” və Petkim Külək Enerjisi Stansiyasının (KES) da daxil olduğu “SOCAR Türkiyə”nin nəzdində fəaliyyət göstərəcək”, - deyə məlumatda bildirilir.
SOCAR cari ilin yanvar ayında “EWE A.G” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding”in və qrupa daxil olan şirkətlərin satın alındığını elan edib.
Türkiyə KİV-nin məlumatına görə, SOCAR tərəfindən “EWE Turkey Holding”in və “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un satın alınması üzrə sövdələşmənin dəyəri $140 mln. təşkil edir.
“EWE Turkey Holding” “Bursagaz” və “Kayserigaz” ilə Türkiyənin dördüncü ən iri təbii qaz tədarükçüsüdür.
Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara da qaz tədarük edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət