Azərbaycan Gürcüstan iqtisadiyyatına yatırım edən ən iri investorlardan biridir, cari ilin ilk 4 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 243 mln. ABŞ dolları olub. Bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.
“Bakı ilə Tbilisi arasında 100-dən artıq sənəd imzalanıb, 16 sənəd isə baxılmaqdadır”, - deyə o, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüş zamanı bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 580 mln. ABŞ dolları təşkil edib.
Azərbaycan parlamentinin sədri təəssüf hissi ilə söyləyib ki, hər iki ölkə ərazi bütövlüyümüzə təhlükə yaradan separatizmlə üzləşib. O vurğulayıb ki, regional münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində, dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında öz ədalətli həllini tapmalıdır.
Tərəflər ikitərəfli əməkdaşlığa dair məsələlərin geniş spektrini müzakirə ediblər.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət