Azərbaycanda bir sıra yeni icbari sığorta məhsullarına ehtiyac var. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov belə hesab edir.
"Cari ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar həyatın yığım sığortası üzrə sığorta haqlarının azaldığını müşahidə edirik. Biz bunu daşınmaz əmlakın sığortası və digər sığorta növləri üzrə sığorta haqlarının artırılması hesabına kompensasiya etdik, lakin hesab edirik ki, yeni sığorta məhsullarına ehtiyac var", - deyə o, bu gün Azərbaycanın sığorta bazarına həsr olunmuş beynəlxalq sığorta forumunda bildirib.
İ.Alışovun sözlərinə görə, xüsusilə sığorta agentlərinin məsuliyyətinin icbari sığortasına ehtiyac var. "Bu, hazırda tələb olunan məhsullardan biridir. Digər məhsul ixrac-idxal əməliyyatları (xarici iqtisadi fəaliyyət) zamanı saxlanca verilmiş yüklərin icbari sığortasıdır", - deyə o qeyd edib.
Hazırda Azərbaycanda 8 sığorta növü tətbiq olunur. 2019-cu ilin yanvar-may aylarında sığortaçıların bu sığorta növləri üzrə ümumi sığorta haqları 106,565 mln. manat (sığorta bazarı üzrə bütün sığorta haqlarının 33,4%-i), ödənişləri 29,754 mln. manat (bazar üzrə ödənişlərin 31,7%-i) təşkil edib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət