Azərbaycan 2019-cu ilin yanvar-may aylarında $787 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 18% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pomidor ($104,2 mln. – artım 7,5%), çiyidli pambıq ($68,1 mln. – artım 2,7 dəfə), təmizlənmiş fındıq ($62 mln. – artım 1,8 dəfə), elektrik enerjisi ($45,1 mln. – azalma 2,6%), qızıl ($51 mln. – artım 5,3%), polietilen ($35,4 mln. – azalma 16,9%), polipropilen ($33,6 mln. – artım 84 dəfə), metanol ($23,9 mln. – artım 9,2 dəfə) və kartofun ($22,7 mln. – artım 14%) payına düşüb.
Yanvar-may aylarında Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($261,2 mln. – artım 17%), Türkiyə ($180,8 mln. - artım 17,1% ), Gürcüstan ($76,9 mln. – artım 16,7%), İsveçrə ($52,9 mln. – azalma 6,4%) və İtaliya ($28,6 mln. – artım 2,3 dəfə) daxil olub.
Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 33,2%-i RF-nin payına düşüb.
2018-ci ildə Azərbaycan $1 mlrd. 689 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət