Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş Yekaterinburqda keçirilən INNOPROM-2019 beynəlxalq sənaye sərgisi çərçivəsində baş tutub.
Görüşdə D.Manturov qeyd edib ki, 2019-cu ilin yanvar-mart aylarının yekunları üzrə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi $561 mln. təşkil edib ki, bu da ötən illə müqayisədə 10% çoxdur. İxrac 7,3% artaraq $412 mln. təşkil edib. O xatırladıb ki, cari ilin aprel ayında keçirilmiş əvvəlki görüşdə tərəflər kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı məsələni müzakirə ediblər”, - deyə Sverdlovsk vilayəti hökumətinin saytında məlumat verilir.
"Qarşılıqlı ticarət göstəriciləri artır, ümid edirəm ki, bu tendensiya cari ildə də davam edəcək. Növbəti görüş ilin sonuna qədər Moskvada keçirilə bilər", - deyə rusiyalı nazir bildirib.
Öz növbəsində, Ş.Mustafayev vurğulayıb ki, INNOPROM beynəlxalq sənaye sərgisi uğurlu nəticələr nümayiş etdirir və regionlararası münasibətlər baxımından vacibdir. "Biz yalnız əməkdaşlıq etməklə yeni səviyyəyə çıxa bilərik", - deyə nazir qeyd edib.
Görüşdə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev də iştirak edib. Onun sözlərinə görə, 2018-ci ilin yekunları üzrə region və Azərbaycan arasında ticarət dövriyyəsi $95 mln. təşkil edib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Qubernator deyib ki, qarşılıqlı əlaqələrin uğurlu olması Sverdlovsk vilayəti hökuməti ilə Azərbaycan hökuməti arasında bağlanmış sazişin həyata keçirilməsi ilə şərtlənib. "Sənaye regionu olan Orta Ural üçün ikitərəfli əməkdaşlığın prioritet istiqaməti sənaye kooperasiyasının inkişaf etdirilməsidir. Region, həmçinin müəssisələrimizin yüksək texnoloji, elm tutumlu məhsullarının ixrac həcminin artırılmasında maraqlıdır. Səhiyyə, mədəniyyət, təhsil sahələri də qarşılıqlı faydalı əlaqələr qurmaq üçün perspektiv sahələrdir”, - deyə məlumatda bildirilir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət