İtaliya TAP qaz kəməri layihəsinin vaxtında aşa çatmasına ümid edir.
Energetika Nazirliyinin mətbuat xidməti məlumat verir ki, energetika naziri Pərviz Şahbazovla İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Quqlielmo Pikki “Cənub Qaz Dəhlizi” və TAP layihələrinin reallaşdırılması məsələlərini müzakirə ediblər.
“Pikki “Cənub Qaz Dəhlizi” nin hər iki ölkə üçün əhəmiyyət daşıdığını vurğulayıb. O, TAP-ın enerji resurlarının şaxələndirilməsində rolunu yüksək qiymətləndirib və layihənin vaxtında başa çatması üçün mövcud dəstəyi diqqətə çatdırıb”, - məlumatda qeyd edilir.
Öz növbəsində, Şahbazov İtaliya ilə iqtisadi tərəfdaşlıqda enerji sektorunun vacib rolunu diqqətə çatdıraraq, TAP layihəsinin İtaliya istehlakçıları üçün faydalarından bəhs edib.
İtaliya şirkətlərinin Azərbaycanda çoxşaxəli fəaliyyətinə toxunan nazir onların investor kimi fəaliyyətlərini genişləndirməsi, iqtisadiyyatın şaxələndirilməsi prosesində iştirakları üçün imkanların olduğunu bidirib.
Həmçinin, görüşdə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın cari ildə keçiriləcək 5-ci iclasına hazırlıq məsələləri müzakirə edilib.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək. TAP-ın səhmdarları: BP (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%), Enagas (16%) və Axpo (5%).
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Tədarük həcmi illik 10 mlrd. kubmetr təşkil edəcək.
Azərbaycan qazının TAP ilə Avropaya tədarükü 2020-ci ildə gözlənilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət