“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasına başlamağa hazırdır, lakin start Gürcüstan və Türkiyə tərəflərinin hazırlığından asılıdır. Bu barədə QSC-nin sədri Cavid Qurbanov bəyan edib.
“Qatarlar Bakıdadır, biz istənilən zaman bu marşurtu xəttə buraxmağa hazırıq. Lakin hər şey bizdən asılı deyil. Gürcüstan və Türkiyə tərəflərinin hazır olması lazımdır”, - Qurbanov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasına start vermək üçün gömrük məsələlərini həll etmək lazımdır.
Öncə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan məlumat verib ki, daxil olan müraciətlərdən sərnişin sıxlığının çox olacağı proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, ADY 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır.
Martın 29-da “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan və Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb. Qatarda doqquz sərnişin vaqonu, bir restoran var. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub.
Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin qatarında hərəkət cədvəli və gediş haqqı Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolları idarələrinin iclasında müəyyən edilməlidir.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Hazırda bu marşrut ilə yüklərin daşınması həyata keçirilir. İlkin mərhələdə BTC ilə 1 mln.-a qədər sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət