Maliyyə Bazarlarına Nəzarət Palatası Bazel Konsultativ Qrupuna üzv qəbul edilib.
“Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin 2 avqust tarixindən bank nəzarəti sahəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən Bazel Komitəsinin Bazel Konsultativ Qrupuna üzv olub. Konsultativ Qrupa üzv olmaq Palatanı geniş dialoq platformasına çıxarmaqla bank sistemi üzrə təmzimləmə və nəzarət sahəsində qabaqcıl ölkələrin təcrübələrindən yararlanmağa, bu sahədə ölkədə mövcud qanunvericiliyin Bazel standartlarına tam uyğunlaşdırılmasına, habelə Bazel Komitəsində təkliflərlə çıxış etməyə imkan verəcək”, - məlumatda deyilir.
Vurğulanır ki, MBNP maliyyə bazarlarının inkişafı, tənzimləmə və nəzarət mexanizmlərinin qabaqcıl beynəlxalq təcrübəyə əsasən tətbiq edilməsini prioritet hədəf müəyyən edib.
“Bu istiqamətdə görülən işlər çərçivəsində Palata dünya miqyaslı beynəlxalq təşkilatlardan Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasına, Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq təşkilatına üzv olub”, - məlumatda vurğulanır.
Bank Nəzarəti üzrə Bazel Komitəsi bank nəzarəti üzrə prudensial standartları müəyyən edən orqan olub 1974-cü ildə 10 ölkə (Belçika, Kanada, Fransa, Almaniya, ABŞ, İtaliya, Yaponiya, Niderland, İsveç və Böyük Britaniya) tərəfindən yaradılıb.
Hazırda Konsultativ Qrupa 29 ölkənin nümayəndələri daxildir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət