Azərbaycan 2018-ci ildə Portuqaliyaya neft tədarükünün həcminə görə 3-cü yeri tutub. Bu barədə Portuqaliyanın “Publico” nəşri xəbər verir.
Ötən il Azərbaycan bu ölkəyə 1 mln. 668,641 min ton neft tədarük edib. Portuqaliyaya neft tədarükünün ümumi həcmində Azərbaycanın payı 13% təşkil edib.
“2018-ci ildə Portuqaliyaya neftin əsas tədarüküçüsü yenə də Rusiya olub. Lakin bu ölkə tədricən mövqeyini Azərbaycan və Anqolaya verir. Energetika və Geologiya üzrə Baş İdarənin (DGEG) ötən ilə dair hesabatına əsasən, Portuqaliya Rusiyadan 2 mln. 475,286 min ton neft (2017-ci illə müqayisədə 18% az) idxal edib ki, bu da bazarın ümumi həcminin 19,6%-i deməkdir. 2017-ci ildə Rusiyanın payı 22% təşkil edib”, - deyə nəşr qeyd edir.
Cari ilin I yarısında Rusiya 1 mln. 7,997 min ton neftlə (bütün tədarükün 18%-i) birinciliyini qoruyub saxlayıb, Azərbaycan 15%-lə ikinci, Anqola 14%-lə üçüncü, Səudiyyə Ərəbistanı isə 12%-lə beşinci yerdə qərarlaşıb.
Rusiyanın liderliyinin və Azərbaycandan tədarükün həcminin artmasının səbəbləri barədə suala şirkətdə bildiriblər ki, xammalın alınması qlobal rəqabət bazarında onların istehsalat sistemlərini bu məhsulla ən yaxşı şəkildə təmin edən təkliflərlə şərtlənib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət