"BP-Azerbaijan" şirkəti sentyabrın 11-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” perspektiv blokunda «SAX01» birinci kəşfiyyat quyusunun qazma layihəsinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“BP-Azerbaijan” şirkətinin hazırladığı sənədin layihə versiyasında ətraf və sosial mühitin cari vəziyyəti haqqında məlumatlar, layihənin həyata keçirilməsinin ekologiyaya təsiri ilə bağlı proqnozlar, eləcə də ətraf mühitə və əhaliyə hər hansı potensial təsirin minimuma endirilməsi və azaldılmasına dair tədbirlər öz əksini tapıb.
“SAX01» quyusunun qazıldığı ərazidə dənizin dərinliyi 624 metrdir. Qazma işlərinə 2019-cu ilin IV rübündə “Heydər Əliyev” yarımdalma üzən qazma qurğusundan istifadə olunmaqla başlanılması nəzərdə tutulur. Qazma əməliyyatları, eləcə də quyunun sınağı 604 gün davam edəcək.
Qazma işləri iki mərhələdə aparılacaq: 1-ci mərhələ quyunun qazılması və konservasiyasından, 2-ci mərhələ quyunun sınaqdan keçirilməsi və ləğv edilməsindən ibarətdir. Mərhələlər arasında fasilə quyuda sınaqların aparılması üçün qazma qurğusunun olub-olmamasından asılı olaraq 1 ildən 3 ilədək davam edə bilər.
"SAX01” quyusunda qazma işlərinin I mərhələsinin 2020-ci ilin III rübündə başa çatması nəzərdə tutulur. Bu quyuda qazma işlərinin aparılmasında əsas məqsəd “Şəfəq-Asiman” müqavilə sahəsinin gələcək işlənməsi üçün “Qırmaki üstgilli”, “Fasilə” və “Balaxanı” məhsuldar laylarında qaz ehtiyatlarının qiymətləndirilməsindən ibarətdir.
Xəbər verildiyi kimi, “Şəfəq-Asiman” strukturunda birinci kəşfiyyat quyusunun dərinliyi 6500-7000 metr təşkil edəcək.
SOCAR-ın qiymətləndirmələrinə görə, “Şəfəq-Asiman” strukturunun ehtiyatları 500 mlrd. kubmetr qaz və 65 mln. ton kondensat təşkil edir.
SOCAR və “BP Exploration” şirkətləri arasında blokun təqdiqatına dair müqavilə 2010-cu ilin iyul ayında imzalanıb və 2011-ci ilin iyun ayında qüvvəyə minib. Tərəflərin hər birinin müqavilədəki payı 50% təşkil edir. Müqavilə daha 5 il uzadılma mümkünlüyü ilə 30 il müddətinə nəzərdə tutulub.
“Şəfəq-Asiman” blokunun ümumi sahəsi 1,1 min kv. kilometr təşkil edir.
Müqavilənin şərtlərinə görə, əgər tədqiqat proqramı neft ehtiyatlarını təsdiqləsə, onda hər 100 mln. barel neft üçün bonus $1 mln. təşkil edəcək. Blokun kommersiya işlənməsinin başlamasından sonra 3 gün ərzində $50 mln. məbləğində bonus ödənməlidir.
Bundan başqa, “BP Exploration” hər il müqavilə sahəsinin hər 1 kv. kilometri üçün Azərbaycana $2 min məbləğində akrhesabı ödənişlər etməlidir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət