RF Bryansk vilayətinin sahibkarları Azərbaycana məhsul tədarük etməyi planlaşdırırlar. Bu barədə Rusiya mətbuatı məlumat verir.
2019-cu il 26-29 avqust tarixlərində Bryansk vilayətinin kiçik və orta sahibkarlıq subyektlərinin Bakıya ixracyönümlü beynəlxalq biznes missiyası baş tutub.
RF-nin regionlarının Azərbaycana biznes missiyaları – yeni formatda həyata keçirilən pilot layihədir və tədbrlərin maksimum səmərəliliyini təmin etmək məqsədilə regionların ən yaxşı təcrübələrini və Rusiya İxrac Mərkəzinin imkanlarını özündə birləşdirir.
Qeyd olunan tədbirdə Rusiya Federasiyasının 9 regionu, o cümlədən Bryansk, Vladimir, Kirov, Kostroma, Moskva, Novosibirsk, Ryazan, Saratov vilayətləri və Moskvanın 33 kiçik və orta sahibkarlıq subyekti iştirak edib.
Biznes missiyanın proqramında B2B formatında Azərbaycan biznes birliyinin nümayəndələri ilə birja əlaqələri nəzərdə tutulurdu. Görüşlərdə 16 müxtəlif sahəni təmsil edən 150-dən artıq Azərbaycan şirkətinin nümayəndələri iştirak edib.
“Təşkil olunan səyyar görüşlər çərçivəsində və gələcəkdə əməkdaşlığın qurulması üçün zəruri məlumatın toplanması və təhlili məqsədilə biznes missiya iştirakçıları Azərbaycanın əsas iri ticarət şəbəkələri ilə tanış olublar. Onların arasında BAZARSTORE, Bizim Market, BRAVO və ARAZ-ı qeyd etmək olar. Belə ki, “Bryansk qormolzavod” ASC-nin nümayəndələri biznes missiyanın nəticələrindən məmnun qalıblar: aparılan marketinq araşdırmalarınə əsaslanaraq və ticarət şəbəkələrinin piştaxtalarını təhlil edərək, şirkət qənaətə gəlib ki, regionda uşaq qidası bazarı mövcud deyil və öz məhsullarının Azərbaycana tədarükünün təşkili imkanını nəzərdə tutur”, - məlumatda qeyd olunur.
Görüşlərin yekununda “Bryansk qormolzavod” ASC-nin məhsullarının Azərbaycanın ticarət şəbəkələrinə tədarükünə dair ilkin razılıq əldə olunub. Bundan başqa, Azərbaycanın emal şirkətləri “Russkaya bronya TD” MMC-nin buraxdığı avadanlığa maraq göstəriblər. Azərbaycan FHN və ölkədə ən neft-qaz avadanlığının iri distrubyutorlarından olan «Generall Supply» şirkəti tərəfindən “Lessorb” MMC-nin məhsullarına maraq ifadə olunub. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət