SOCAR 2019-cu ildə yeraltı qaz anbarlarındakı təbii qaz ehtiyatlarının həcmini 3,2 mlrd. kubmetrə çatdırmağı planlaşdırır.
“Qış mövsümünün başlamasına qədər respublikanın yeraltı qaz anbarlarındakı qaz ehtiyatlarının həcmi təxminən 3,2 mlrd. kubmetr təşkil edəcək”, - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, 2018-2019-cu illərin qış mövsümü üçün yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 3 mlrd. kubmetrə çatdırılmışdı.
Beləliklə, 2019-2020-ci illərin payız-qış mövsümü üçün ehtiyatların həcmi 6,6% artacaq.
Yeraltı qaz anbarlarının saxlama gücü 3,5 mlrd. kubmetr təşkil edir ki, bu da ölkənin qaza olan daxili tələbatını 30-33% ödəməyə imkan verir.
Bununla yanaşı, SOCAR “Qaradağ” və “Qalmaz” qaz anbarlarının ümumi gücünün 5 mlrd. kubmetrədək artırılması istiqamətində işləri davam etdirir. Bu prosesin yaxın illərdə başa çatacağı gözlənilir.
Azərbaycanda “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarları mövcuddur. “Qaradağ” yeraltı qaz anbarı Bakıdan 25 km cənub-şərqdə yerləşir və 1954-cü ildə istismara verilib. “Qalmaz” yeraltı qaz anbarı Bakıdan 75 km cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət