Ticarətin genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu tranzit yükdaşımalarının həcminin artırılması məsələləri Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava arasında müzakirə mövzuları olub.
Azərbaycan prezidenti çərşənbə axşamı Bakıda gürcüstanlı naziri qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi hesabına ticarət dövriyyəsinin genişləndirilməsi, tranzit yükdaşımalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə edilməsi məsələləri müzakirə edildi, energetika, sərmayə qoyuluşu, elektroenergetika, turizm sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı”, - məlumatda vurğulanır.
Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu ilə 3 minə yaxın konteyner, 2019-cu ilin 7 ayı ərzində - 2,5 mindən çox konteyner daşınıb. 2019-cu ilin yanvar-iyul aylarında Türkiyədən Mərkəzi Asiya ölkələrinə və geriyə BTC ilə 171 min ton həıcmindı TIR daşımaları həyata keçiriliob.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Layihə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçən 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulmasından ibarət olub. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilib.
BTQ-nin ümumi uzunluğu 826 km-dir.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət