İpoteka və Kredit Zəmanət Fondu (İKZF) təminatsız sahibkarlıq kreditlərinə zəmanət verəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a Fonddan məlumat verilib.
“Təminatsız biznes kreditlərinə zəmanətin verilməsi prosesi başlanandan İKZF bu mexanizmin təkmilləşdirilmısi üsullarını təhlil edir. Aparılmış təhlillərin nəticəsi olaraq, zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından tam yeni yanaşma tətbiq edilib. Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb”, - Fonddan qeyd ediblər.
Vurğulanıb ki, sahibkarlıq kreditləri üzrə təminata dair tələblərin aradan qaldırılması daha çox sahibkarlıq subyektinin maliyyələşməsinə, təminat yetərsizliyi olan sahibkarların maliyyə resurslarına çıxış imkanlarını artıracaq.
Xatırladaq ki, İKZF-nin kiçik və orta sahibkarlıq kreditləri üzrə zəmanətin həcmi 41,759 mln. manat səviyyəsində qiymətləndirilir.
İKZF 2018-ci ilin iyun ayında kreditlər üzrə zəmanətin verilməsinə başlayıb. 2018-ci ilin sonuna kiçik və orta sahibkarlara verilən kreditlər üzrə zəmanətlər 17,5 mln. manat məbləğində qiymətləndirilib.
Xəbər verildiyi kimi, “Fitch” beynəlxalq reytinq agentliyi 2019-cu ildə zəmanətlərin həcminin 265 mln. manatadək artacağını gözləyir.
Şərtlərə görə, fond 30 min manatdan 3 mln. manatadək məbləğdə olan kreditlərə zəmanət verə bilər. Bu halda kreditin müddəti 7 ildən, kredit üzrə güzəştli dövr isə 2 ildən çox olmamalıdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun elan olunmuş nizamnamə kapitalı 566 mln. manat təşkil edir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət