2019-cu ilin sonunadək Bakı və Moskva 2020-2022-ci illər üçün aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq Proqramı imzalamağı planlaşdırır. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“2019-cu ilin sonunadək keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üçün aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq Proqramının imzalanması planlaşdırılır”, - Mustafayev “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıqda kənd təsərrüfatı önəmli yer tutur.
“Rusiya kənd təsərrüfatı və emal məhsullarımızın əsas alıcısıdır. Ötən il Rusiyaya 560 min tondan çox məhsul ixrac olunub. Son illərdə Rusiyadan 900-ə yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, 650 min tondan çox mineral gübrələr alınıb”, - nazir qeyd edib.
O cümlədən, Mustafayev Azərbaycan-Rusiya əməkdaşlığında regionlararası əlaqələrin rolunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Rusiyanın 80-ə yaxın federal subyekti ilə iqtisadi əlaqələr qurub. Bu subyektlərdən 20-si ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni əməkdaşlığa dair sazişlər imzalanıb.
“Ənənəvi olaraq keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu Rusiya Federasiyası və onun subyektləri ilə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli platformadır. Bu ilin dekabr ayında Moskva şəhərində 10-cu forumun keçirilməsi nəzərdə tutulur”, - nazir qeyd edib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət