2024-cü ilədək Azərbaycanda orta aylıq əməkhaqqı 849,9 manatadək (cari məzənnə ilə $499,9 – İF) artacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Proqnozlara görə, 2020-ci ilin sonuna orta aylıq əməkhaqqı 716,7 manat, 2021-ci ilin sonuna 768,6 manat, 2022-ci ilin sonuna 809,2 manat, 2023-cü ilin sonuna 849,9 manat təşkil edəcək.
Nazirlikdən bildiriblər ki, 2024-cü ilədək Azərbaycan əhalisinin nominal pul gəlirləri 80,3 mlrd. manatadək artacaq.
2020-2023-cü illərdə əhalinin pul gəlirlərinin illik artımı gözlənilir. 2020-ci ildə əhalinin pul gəlirləri 64,3 mlrd. manat, 2021-ci ildə 69,5 mlrd. manat, 2022-ci ildə 75 mlrd. manat, 2023-cü ildə 80,3 mlrd. manat məbləğində proqnozlaşdırılır.
Hökumətin qiymətləndirmələrinə görə, 2020-2023-cü illərdə əhalinin gəlirlərinin orta illik artımı 8,3% təşkil edəcək.
Bundan başqa, 2020-2023-cü illərdə əhalinin xərclərinin artacağı da proqnozlaşdırılır. 2020-ci ildə əhalinin xərcləri 55,9 mlrd. manat, 2021-ci ildə 60,3 mlrd. manat, 2022-ci ildə 64,9 mlrd. manat, 2023-cü ildə 69,4 mlrd. manat təşkil edəcək.
1 sentyabr 2019-cu il tarixinə respublikada orta aylıq nominal əməkhaqqı 589,3 manat ($346,6) təşkil edir.*
Ə.Məmmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət