SOCAR (ARDNŞ) və “S.N.G.N. Romgaz S.A.” (Rumıniya) arasında geoloji kəşfiyyat və hasilat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
SOCAR-ın məlumatına görə, memorandumun məqsədi Azərbaycan və Rumıniyanın, eyni zamanda beynəlxalq birliyin ümumi maraqlarına xidmət edən layihələrin inkişafı naminə strateji əməkdaşlıq qurmaqdır.
Öncə SOCAR bəyan edib ki, Rumıniyanın “Romgaz” şirkəti ilə birgə Qara dənizdə qazın kəşfiyyatı və hasilatında maraqlıdır. Bundan başqa, 2019-cu ilin yanvar ayında SOCAR nümayəndələri hər iki şirkətin Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələri çərçivəsində əməkdaşlıq etməsinin mümkünlüyünü diqqətə çatdırıblar.
Hazırda SOCAR Rumıniyada neft məhsullarının pərakəndə ticarəti ilə məşğul olur. Rumıniyanın 20 regionunda SOCAR brendi altında 43 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.
SOCAR Rumıniyadakı YDM-lərin sayını 60-a çatdırmağı planlaşdırır.
SOCAR 2011-ci ildə Rumıniyada fəaliyyətə başlayıb. Şirkət Rumıniyada 550-yə yaxın iş yeri yaradıb və ölkəyə 64 mln. avrodan çox sərmayə yatırıb.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət