Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov 2020-ci ildə tam üzən məzənnə rejiminə keçidi mümkün hesab etmir.
“Yol Xəritəsinə əsasən, tam üzən məzənnə rejiminə keçid 2020-ci ildə planlaşdırılsa da, bunu o qədər də real hesab etmirəm. Bu gün de-fakto sabit məzənnə inflyasiyanı aşağı səviyyədə saxlamağa imkan verir”, - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Sədrin sözlərinə görə, tam üzən məzənnə rejiminə keçid perspektivi inflyasiyanın hədəflənməsi rejiminə keçiddən asılıdır.
O qeyd edib ki, bu gün neft ixrac edən bir çox ölkədə sabit məzənnə rejimi mövcuddur.
"Bu gün neft ixrac edən 30 ölkədən 27-si sabit məzənnəni dəstəkləyir. Yalnız inflyasiya hədəflənməsindən sonra üzən məzənnə rejiminə keçiddən danışmaq olar”, - deyə E.Rüstəmov əlavə edib.
O hesab edir ki, üzən məzənnə rejiminə keçidin digər şərtləri qiymətli kağızlar bazarının gücləndirilməsi və bankların qiymətli kağızlar portfelinin artırılması, eləcə də banklararası pul bazarıdır.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb. Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət