Ağsu Rayon İcra Hakimiyyəti 2019-cu ilin fevral ayında baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş evlərin təmirini həyata keçirəcək podratçı şirkəti müəyyən edib.
www.tender.gov.azsaytında dərc olunmuş materiallara əsasən, «Taleh TT» MMC ilə təmir işlərinin yerinə yetirilməsi haqqında müqavilə imzalanıb. Müqavilənin dəyəri 2 mln. manatdır.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2019-cu il sentyabrın 13-də “Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, baş vermiş zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 2 mln. manat ayrılıb.
Fevralın 5-də saat 23.31-də İsmayıllı rayonu ərazisində Pirqulu stansiyasının 11 km-də zəlzələ baş verib. Zəlzələnin ocağı 8 km dərinlikdə olub. Yeraltı təkanlar episentrdə 6, şamaxı və Ağsu rayonlarında 5.3 bal gücündə hiss edilib. Zəlzələ nəticəsində vətəndaşların evlərinə ziyan dəyib.
Prezident İ.Əliyev cari ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinə dövlət büdcəsindən 2 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Bundan başqa, dövlət başçısı sentyabrın 12-də Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə 2 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.*
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət