“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi «Bank Respublika» ASC-nin uzunmüddətli depozit reytinqini təsdiq edib.
Agentliyin məlumatında bildirilir ki, “Moody`s” bankın reytinq üzrə proqnozunu “Stabil”dən “Pozitiv”ə dəyişib.
Agentlik bankın kredit ödəmə qabiliyyətinin (BCA) baza qiymətləndirməsini və təshih edilmiş BCA-ni «b3», kontragentin milli və xarici valyutada uzunmüddətli və qısamüddətli risk reytinqlərini «B2 / Not Prime», eləcə də milli və xarici valyutada müddətli bank depozitlərinin qısamüddətli reytinqini «Not Prime» səviyyəsində təsdiq edib.
Bundan başqa, kontragentin uzunmüddətli və qısamüddətli risk dəyərləndirmələri (CR) «B2 (cr) / Not Prime (cr)» səviyyəsində təsdiq edilib.
““Bank Respublika”nın reytinqi üzrə “pozitiv" proqnoz bankın kapital adekvatlığı göstəricilərinin və aktivlərin keyfiyyətinin yaxşılaşdığını, həmçinin gələcəkdə maliyyə sabitliyi göstəricilərinin daha da yaxşılaşacağı ilə bağlı gözləntilərimizi əks etdirir”, - deyə məlumatda bildirilir.
“Moody`s” analitiklərinin qiymətləndirmələrinə görə, 2019-cu ilin I yarısının yekunları üzrə bankın xalis mənfəəti 20,1 mln. manat təşkil edib. Xalis mənfəət xarici valyutada ayrı-ayrı kreditlərin dəyərsizləşməsi nəticəsində yaranmış zərərə, kredit portfelinin genişlənməsi fonunda xalis faiz gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına görə Azərbaycan hökumətinin ayırdığı 11,2 mln. manat məbləğində birdəfəlik kompensasiya və aktivlərin keyfiyyətinin yaxşılaşması sayəsində vəsaitlərin ehtiyata yönəldilməsi ilə dəstəklənib.
“Hesabat dövründə “Bank Respublika”nın problemli kredit portfeli azalıb və cari ilin ortalarına ümumi kredit portfelində onun payı 4,6% təşkil edib, 2018-ci ilin sonunda bu göstərici 6,3%-ə, 2017-ci ilin sonunda isə 12,3%-ə bərabər olub. Bankın aktivlərinin keyfiyyətinin yaxşılaşması onun bu istiqamətdə gördüyü işlər, eləcə də problemli kreditlərlə bağlı məsələnin həlli üçün hökumətin həyata keçirdiyi tədbirlərin müsbət nəticə verməsi ilə şərtlənib”, - deyə məlumatda qeyd olunur.
“Moody`s”in mütəxəssisləri hesab edirlər ki, bankın kapitalı 2019-cu ili ortalarına doğru əhəmiyyətli dərəcədə möhkəmlənərək riskli aktivlərin 15,4%-ni təşkil edib. 2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə kapitalın riskli aktivlərə nisbəti 3 faiz bəndi artıb.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT yer alır. Bankın ən iri səhmdarı 43,69% payla Natiq Quliyevdir. Bankın kapitalında DEG qrupu 16,6%, SIDT 4,25% paya malikdir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət