Azərbaycan 2019-cu ilin yanvar-sentyabr aylarında $1 mlrd. 413 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 17% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pomidor ($142,3 mln. – azalma 1,7%), qızıl ($120,8 mln. – artım 29,8%), çiyidli pambıq ($85,5 mln. – artım 37,5%), təmizlənmiş fındıq ($87,9 mln. – artım 67,7%), elektrik enerjisi ($62,9 mln. – artım 5,5%), polietilen ($57 mln. – azalma 15,7%), polipropilen ($53,6 mln. – artım 89 dəfə), metanolun ($53,5 mln. – artım 2,3 dəfə), emal olunmamış alüminiumun ($42,2 mln. – artım 6%) payına düşüb.
Yanvar-sentyabr aylarında Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($465,6 mln. – artım 15,8%), Türkiyə ($304 mln. - artım 10,3%), Gürcüstan ($123,2 mln. – artım 26,5%), İsveçrə ($125,4 mln. – artım 19,2%) və İtaliya ($34,4 mln. – artım 2,2 dəfə) daxil olub.
Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 33%-i RF-nin payına düşüb.
2018-ci ildə Azərbaycan $1 mlrd. 689 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $3 mlrd.-ı ötəcək. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət