Azərbaycan hökuməti 2020-ci il üçün Dövlət İnvestisiya Proqramını 4 mlrd. 909 mln. manat dəyərində qiymətləndirir ki, bu da 2019-cu ilin göstəricisindən 18% azdır.
“2020-ci il üçün Dövlət İnvestisiya Proqramında dövlət əsaslı vəsait qoyuluşundan 3 mlrd. 958 mln. manat və xarici kreditlər hesabına 951 mln. manat olmaqla ümumilikdə 4 mlrd. 909 mln. manat vəsaitin ayrılması müəyyən edilib”, - deyə Hesablama Palatasından “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Palatanın 2020-ci il dövlət büdcəsinin layihəsi üzrə rəyinə əsasən, 2020-ci ildə infrastruktur layihələrə 3757,7 mln.manat, sosialyönümlü layihələrə 807,3 mln.manat, müdafiə və hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsinə 244 mln.manat və digər layihələrə 100 mln. manat vəsaitin yönəldilməsi nəzərdə tutulub.
“Ümumilikdə, 2020-ci ildə dövlət əsaslı vəsait qoyuluşu üzrə ayrılmış vəsaitin qeyri-neft sektorunun inkişafına və iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət edən layihələrə yönəldilməsi nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət