2019-cu ilin oktyabr ayında Azərbaycanda 718 min barrel neft hasil edilib. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Cari ilin oktyabr ayında Azərbaycanda orta gündəlik neft hasilatı 718 min barrel təşkil edib”, - deyə məlumatda bildirilir.
Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Oktyabr ayı ərzində hasilat 78 min barrel azaldılıb. Beləliklə, ölkə ötən ay öhdəliyini 390% yerinə yetirib.
Cari ilin yanvar-oktyabr aylarında orta gündəlik neft hasilatı 762 min barrel təşkil edib və Azərbaycan hasilatı 14 min barrel azaltmaqla öhdəliyini 170% yerinə yetirib.
Respublikada oktyabr ayı üzrə 644 min barrel xam neft, 74 min barrel kondensat hasil edilib. Gündəlik 569 min barrel xam neft (sentyabrda 560 min barrel), 76 min barrel kondensat, 9,5 min barrel isə neft məhsulları ixrac edilib.
“Energetika Nazirliyi oktyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib”, - deyə məlumatda bildirilir.
Oktyabrda Azərbaycanda neft hasilatının əhəmiyyətli dərəcədə azalması “Azəri-Çıraq-Günəşli” blokundakı “Qərbi Çıraq” platformasında profilaktik işlərin aparılması ilə əlaqədar hasilatın 15 oktyabr tarixindən 15 gün müddətinə dayandırılması ilə bağlı olub.
2018-ci il dekabrın 7-də əldə olunmuş OPEC+ razılaşmasına əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaqla bağlı öhdəlik götürüb. OPEC və qeyri-OPEC ölkələrinin iyulun 2-də Vyanada keçirilmiş iclasının yekunları üzrə neft hasilatının azaldılmasına dair razılaşmanın müddəti 2020-ci ilin I rübünün sonunadək uzadılıb.
2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət