Norveçin «Equinor» şirkəti “Qarabağ” yatağında qiymətləndirici quyunun qazılmasına hazırlaşır. Bu barədə SOCAR-ın mətbuat xidmətinin məlumatında deyilir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Equinor ASA” şirkətinin hasilat və işlənmə üzrə icraçı vitse-prezidenti Torqrim Reitan bu gün Bakıda “Qarabağ” yatağının işlənməsi layihəsi çərçivəsində gələcək fəaliyyəti müzakirə ediblər.
“Tərəflər “Qarabağ” layihəsinin daha da sürətlə icra olunmasının zərurətini vurğulayıb və qeyd ediblər ki, hazırda “Qarabağ” yatağında üzən qazma qurğu vasitəsi ilə qiymətləndirici quyunun qazılması üçün hazırlıq işləri aparılır. Qiymətləndirici quyunun qazılmasından sonra yataqda stasionar özülün quraşdırılması və həmin özüldən hasilatın başlanılması planlaşdırılır. Özülün dayaq blokunun inşaat işləri artıq SOCAR-ın “Bos Şelf” şirkəti tərəfindən başa çatdırılmaq üzrədir. Platformanın üst hissəsinin konsepsiyası müəyyən olunandan sonra onun da inşasına start veriləcək”, - deyə məlumatda bildirilir.
Bundan başqa, SOCAR və “Equinor” şirkətlərinin daha bir ortaq layihəsi olan “Əşrəfi-Dan Ulduzu-Aypara” çərçivəsində SOCAR-ın “Caspian Geo” şirkəti cari ilin sentyabrından etibarən seysmik kəşfiyyat işlərini həyata keçirir. 800 km uzunluğunda xətt üzrə 2D ölçülü, 700 km2-ə yaxın sahədə isə 3D ölçülü seysmik kəşfiyyat aparılır. 3D kəşfiyyat işlərinin 80 faizi artıq tamamlanıb və gələn aydan etibarən sahədə toplanan məlumatların emal və təhlilinə başlanılacaq.
T.Reitan “Equinor” şirkətinin beynəlxalq portfelində Azərbaycandakı layihələrin mühüm yer tutduğunu qeyd edib.
Tərəflər, həmçinin “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarının işlənməsi ilə bağlı hazırkı vəziyyət və qarşıdakı planlar ətrafında fikir mübadiləsi aparıblar.
31 may 2018-ci il tarixində Bakıda SOCAR və “Equinor” arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” sazişləri imzalanıb. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb.
Sazişlər 2018-ci il iyunun 29-da Milli Məclisdə ratifikasiya edilib, iyulun 5-də isə qüvvəyə minib.
“Qarabağ” yatağı Bakıdan 130 km şərqdə yerləşir. Müqavilə sahəsi 16 milyon ton neft və 28 milyard kubmetr qaz ehtiyatına malikdir. Burada dənizin dərinliyi 180 metrdir.
“Əşrəfi” yatağı 1999-cu ildə aşkar edilib və Bakıdan şərqə doğru 100 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 250-450 metrdir. Yataq 13 milyard kubmetr qaz və 17 milyon ton kondensat ehtiyatına malikdir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət